"XOCALI FACİƏSİ"

20-25 fevral tarixlərdə Heydər Əliyev Mərkəzinin əməkdaşları Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar rayonun bir sıra ümumtəhsil məktəblərində olmuş, tarix dərsləri və səyyar sərgi təşkil etmişlər.

Heydər Əliyev Mərkəzinin böyük elmi işçi S.Məcidovanın və bələdçi G.Şəfiyevanın iştirakı ilə şəhər 1,2,5 saylı tam orta məktəblərində “XX əsrin faciəsi” tarix dərsləri və səyyar sərgi keçirilmiş, bu tədbirlərdə məktəblilərin fəal iştirakı təmin olunmuşdur.