TARİX DƏRSLƏRİ

01.02.14-cü il tarixindən 11.03.14-cü il tarixinədək Astara Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyev irsinin və Müasir Azərbaycan tarixinin öyrənilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün tarix dərsləri təşkil olunmuşdur.

Tədris rus və Azərbaycan dillərində keçirilir. 01.02.14-cü il tarixindən 11.03.14-cü il tarixinədək şəhər 1, 2, 3, 4, 5, 6, 7 saylı, Suparibağ, Ərçivan, Şüvi, Telman, Ojəkəran, Kijəbə, Kakalos, Səncərədi, Artupa, Şahağac, Sərək, Lovayn, Tüləgüvan, Şiyəkəran, Təngərüd, Maşxan, Miki, Şağləzüzə, Siyaku, Pensər, Bala Şahağac, Vaqo, Rinə tam orta məktəbinin şagirdləri tarix dərslərində iştirak etmişlər. Dərslərdə rayon məktəblərinin müəllimləri Əliyeva Emilya, Zəkəriyayeva Sevər, Əliyev Baloğlan, Qüdrətov Əbülfət, Abbasov Firudin, Məmmədova İlhamə, Fətullayev Teymur “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır”, “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda mühazirələr oxumuşlar. Tarix dərslərində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər nümayiş olunur.