“ULU ÖNDƏR HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCANIN QURUCUSU VƏ MEMARIDIR”

01.02.14-cü il tarixindən 26.05.14-cü il tarixinədək Astara Heydər Əliyev Mərkəzində keçirilən Ulu Öndər Heydər Əliyevin irsinin və müasir Azərbaycan tarixinin öyrənilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün təşkil olunmuş tarix dərsləri başa çatmışdır.

Tarix dərslərində rayonun 45 ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişdir. Şagirdlərə “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır”, “Heydər Əliyev və müasir Azərbaycan tarixi” və s mövzularında dair dərslər təcrübəli müəllimlər tərəfindən tədris olunmuşdur Açıq dərslərdə iştirak edən şagirdlər Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı mühazirələr dinləməklə yanaşı dahi rəhbərin keçdiyi şərəfli həyat yolunu əks etdirən eksponatlarla, foto və kitablarla da tanış olmuşlar. Tarix dərslərində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filimlər nümayiş olunmuşdur.