PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI

2 Oktyabr Prokurorluq işçilərinin peşə bayramı ilə əlaqədar Astara Prokurorluğunun əməkdaşları 1 Oktyabr 2014-cü il tarixində Astara Heydər Əliyev Mərkəzində olmuşlar.

Gələn qonaqlar Ulu Öndərin büstü qarşısında qizil güllər qoymuş və muzeyə baxış keçirmişlər. Mərkəzin bələdçisi gələn qonaqlara Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər haqqında məlumat vermişdir.