BİLİK FONDUNUN TƏŞƏBBÜSÜ İLƏ TƏDBİR

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Astara rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə mühazir təşkil olunmuşdur

Mühazirələri Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və insan haqqları institutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Xəqan Balayev və Astara Yaradıcılıq dərnəyinin rəhbəri, Filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələr oxumuşlar.

Mühazirəçi Xəqan Balayev ölkə başçısının yürütdüyü daxili və xarici siyasətdən, yerli sənaye və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlərdən, ölkədə keçirilən beynəlxalq miqyaslı tədbirlərin əhəmiyyətindən ətraflı bəhs etmişdir.

Astara Pedaqoji Kollecində Astara Yaradıcılıq dərnəyinin rəhbəri, Filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzusunda mühazirə oxumuşdur. Mühazirəçi müasir Azərbaycan tarixində, dövlətçiliyimizin qorunub saxlanmasında və Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında Ümummilli Liderin xidmətləri barədə ətraflı məlumat verərək, Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsinin zəruriliyini vurğulamışdır.

Tədbirdə Astara rayon İcra Hakimiyyətinin məsul işçiləri, Astara qəzetinin əməkdaşı,yerli içtimaiyyətin nümayəndələri- ağsaqqallar, ziyalılar və gənclər iştirak etmişlər.