“GƏNCLİYİMİZİ QORUYAQ, NARKOMANİYAYA YOX DEYƏK”

24 noyabr 2016-cı il tarixində Astara Heydər Əliyev Mərkəzində “Gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Kübra Səmədova açmış, “Biganə qalma” mövzusunda film nümayiş olunmuşdur. Tədbirdə Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə, problemə münasibətdə yeni mərhələ başlanmışdır. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır. Məruzədə həmçinin onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası tarixdə ilk dəfə olaraq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmişdir.

Tədbirdə Astara rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin hüquqşünası Elnur Rəsulov, Astara rayon Polis Şöbəsinin içtimai təhlükəsizlik bölməsinin inkpektoru, polis baş leytenantı Anar Atakişiyev, Astara Mərkəzi Xəstəxanasının həkimi Fuad Səmədov, Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov, Astara Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova çıxış etmişlər.