HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ 9 MAY QƏLƏBƏ GÜNÜ

02 may 2015-ci il tarixdə Astara Heydər Əliyev Mərkəzində 9 May Qələbə günü münasibətilə “Qəhrəmanlıq və fəlakətlər səhifəsi”(Heydər Əliyev) mövzusunda veteranlarla tematik görüş keçirilmişdir.

Görüşü giriş sözü ilə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ş.Bayramov açdı. Mərkəzin direktoru Kübra Səmədova, rayon mədəniyyət evinin direktoru H.Ramazanov, rayon MKS-nin direktoru T.Eyvazov, Tarix-Diyarşünaslıq muzeyinin fond mühafizi Ş.Əliyev, şöbənin məsləhətçisi V.Babayev cıxış edərək Qələbənin 70 illiyi münasibəti ilə veteranları təbrik etmiş onlara can sağlığı arzulamışlar.