AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜ

1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günü ilə əlaqədar rayonun körpələr evi uşaq bağçalarının kollektivləri Heydər Əliyev Mərkəzində olmuşlar.

Onlar Ulu Öndərin büstü qarşısına tər gül-çiçək dəstələri qoymuş, doğma vətənimizə, Ulu Öndərə həsr olunmuş şerlər söyləmiş, mahnılar oxumuşlar. Mərkəzin əməkdaşları “Ana dilimiz Azərbaycan xalqının ən böyük milli sərvətidir” mövzusunda tematik söhbət aparmışlar. Mərkəzin direktor əvəzi Elza Kazımova bu il məktəbə gedən uşaqları təbrik etmişdir.