“İLBOYU BİLİK” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ TƏDBİR

Bilik Fondunun həyata keçirdiyi “İlboyu bilik” proqramı çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, şair Mehman Əliyev (Mehman Qaraxanoğlu) Astarada "Prezident İlham Əliyevin müəllifi olduğu strategiya: tolerantlığın Azərbaycan modeli" mövzusunda mühazirə oxumuşdur.

Rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə rayon ictimaiyyətiniun nümayəndələri, təhsil və mədəniyyət işçiləri, ziyalılar iştirak ediblər.