VII – STEND

Şəkil № 51

2000-ci il Heydər Əliyev və balaca şahmatçı.

Şəkil № 52

2000-ci il Heydər Əliyev və şahmatçı qaliblər.

Şəkil № 53

Bakı, 19 oktyabr 2000-ci il.

Heydər Əliyev Sidney yay olimpiya Oyunlarında fərqlənmiş idmançılarla.

2000-ci ildə Avstraliyanın Sidney şəhərində yay olimpia oyunları keçirilmişdi. Zemfira Mehtahəddinova, Namiq Abdullayev olimpiadanın qızıl medalına, Vüqar Ələkbərov isə gümüş medala layiq görülmüşlər. Ulu öndər vətənə qızıl və gümüş medallarla qalxmış oyunçularımızı qəbul edərək Z.Mehtahəddinovanı və N.Abdullayevi “ Şöhrət” ordeni , V.Ələkbərovu isə “ Tərəqqi” medalı ilə təltif etmişdir. Məşqçilər Vahid Məmmədov, Hafiz Cəfərov, Yaqut Məmmədov “ Şöhrət” ordeni ilə, Rəşid Məmmədov və Rauf Cabbarov isə “ Tərəqqi” medalı ilə təltif olunmuşlar.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevdən sağda olimpiadanın qızıl medalçısı Zemfira Mehtahəddinova, bürünc medalçısı Vüqar Ələkbərov, məşqçi Hafiz Cəfərov, məşqçi Rauf Cabbarov, keçmiş Gənclər və İdman Naziri Əbülfəz Qarayev , ulu öndərdən solda olimpiadanın qızıl medalçısı Namiq Abdullayev, 2000-ci ildə Milli Olimpia Komitəsinin prezidenti İlham Əliyev, məşqçilər Vahid Məmmədov, Yaqub Məmmədov və Rəşid Məmmədov.        

Şəkil № 54

Bakı, 1998-ci il.

Tofiq Bəhrəmov adına stadionda çıxış edərkən.

Azərbaycan respublikasının prezidenti Heydər Əliyev Yeniyetmələrin I Respublika oyunlarının final mərhələsinin təntənəli açılış mərasimində iştirak etmişdir.

Şəkil № 55

Bakı, 28 sentyabr 1998-ci il.

Azərbaycan Tibb Universitetinin yeni tədris binasının açılışında.

1998-ci il sentyabrın 28-də Azərbaycan Tibb Universitetinin yeni tədris binasının açılışı olmuşdur. AR-in prezidenti Heydər Əliyev tələbə və müəllim kollektivi qarşısında nitq söyləmişdir.

ATU 1930-cu ildə yaradılmışdır. 1919-cu ildə ADU yaranarkən onun tərkibində tibb fakultəsi fəaliyyət göstərirdi. 1930-cu ildə ayrılaraq müstəqil təhsil ocağı kimi fəaliyyət göstərir.

Şəkil № 56

Şəkil № 57

Bakı 22 dekabr 2000-ci il.

Mərkəzi Klinik xəstəxanada.

Şəkil № 58

Bakı, 2002-ci il.

Respublikada keçirilən vaksinasiya tədbirində.

2002-ci ildə Bakıda vaksinasiya xəstəliklərinə qarşı mübarizə tədbirləri haqqında konfrans keçirilmişdir.Vaksinasiya - yoluxucu xəstəliklərlə mübarizə tədbiri deməkdir.

25. BƏYANAT.

1990-cı il 20 yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş yığıncaqda Heydər Əliyevin bəyanatı.

Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı ilin yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək mətbuat konfransı keçirən ümummilli Liderimiz Heydər Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan  xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçıların cəzalandırılmasınə tələb etmişdir.

26. HEYDƏR ƏLİYEVİ YENİDƏN NAXÇIVANIN MİLLİ MƏCLİSİNİN ÜZVÜ SEÇİLDİYİNƏ VƏ 70 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR BURAXILMIŞ MARKA VƏ KONVERTLƏR.

1987-ci ildə M.S.Qorbaçovun siyasi xəttinə etiraz əlaməti olaraq Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa vermiş, bir müddət Moskvada yaşamışdır. 1990-cı ilin iyul ayında Azərbaycana qayıdan ümummilli lider əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə XII çağırış Azərbaycan Ali Sovetinə deputatı seçilmişdir.O, 1991-93-cü illərdə Naxçıvan MR Ali məclisinin sədri, Azərbaycan respublikası Ali Soveti sədrinin müavini olmuşdur.

27-28 DİPLOM.

Baki Dövlət Universitetinin fəxri doktoru

D İ P L O M U

M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin elmi şurası

                                                Qərara alır :

Elmi inkişafında, xalqlar arasında əməkdaşlıq və sülhü möhkəmləndirməkdə xidmətlərinə görə Heydər Əliyev Bakı Dövlət Universitetinin fəxri doktoru adına adına layiq görülür.

Bakı şəhəri 28.10.1994.

1994-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin elmi şurası Heydər Əliyevi elmin inkişafında xalqlar arasında əməkdaşlıq və sülhü möhkəmləndirməkdə xidmətlərinə görə Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.

2 ədəd ingilis və azərbaycanca.

29. SƏRƏNCAM.

20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə birdəfəlik dövlət yardımı haqqında Azərbaycan Respublikasının Pezidenti Heydər Əliyevin sərəncamı.

Bakı şəhəri.17 yanvar 2000-ci il.