IV – STEND

Şəkil № 27

1999-cu il .

“Əsrin müqaviləsi”nin 5-ci ildönümü münasibətilə təşkil olunmuş sərgidə.

Azərbaycanda , Xəzər regionunda beynəlxalq neft layihələrinin həyata keçirilməsi 1994-cü ildə başlanmışdır.1994-cü ilin sentyabrında ARDNŞ-lə xarici neft şirkətləri (BP , Amoko ,Ekson , Lukoyl və s) arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri , Çıraq , Günəşli yataqlarının müştərək işlənməsi üzrə 10 milyard dollar dəyərində 14 ölkədən , 33 iri neft şirkətinin iştirakı ilə 21 neft müqaviləsi imzalanmışdır.Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu layihə “Əsrin müqaviləsi”adlandırılmışdır.

Şəkil № 28

Strasburq , 25 yanvar 2001-ci il

Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə əlaqədar təntənəli mərasimdə.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana qayıdışı günündən Respublikada uğurlu və məqsədyönlü xarici siyasət aparılır.Uğurlu və məqsədyönlü xarici siyasətin nəticələrindən biri də Azərbaycan Respublikasının beynəlxalq təşkilatlara qəbul olunması idi. 2001-ci il yanvarın 25-də Azərbaycanın üçrəngli bayrağı Strasburqda , Avropa Şurasının binası önündə dalğalandı. Respublikanın Avropa Şurasının tam hüquqlu üzvü olması Heydər Əliyevin yeritdiyi düzgün və dəqiq siyasətin bəhrəsi idi.

Şəkil 29

Bakı 8 Sentyabr 1998-ci il .

İpək yolunun bərpasına həsr edilmiş Beynəlxalq Sammitin iştirakçıları.

Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda Böyük İpək yolunun bərpa və inkşaf olunmasına dair beynəlxalq forum keçirilmişdir. Həmin forumda 32 dövlət və 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişlər, onların səkkizi prezdentləri ilə təmsil olunmuşdur. 1998-ci ilin sentyabrında Heydər Əliyevin həmin forumda qeyd etdiyi kimi, ``Bakıda keçirilmiş zirvə görüşü əməkdaşlığın inkşafında, sülhün qorunmasında, hər bir ölkə və ümumiyyətlə bütün Avrasiya məkanına firavanlıq və rifahlığın gətirilməsində öz tarixi rolunu öyrənəcəkdir``.

Şəkil № 30

Paris 19-22 dekabr 1993-cü il

Heydər Əliyevin BMT-nin təhsil , elm və mədəniyyət məsələləri üzrə bölmədə çıxışı.

Azərbaycan Respublikasının BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılması və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra bərqərar olmuşdur.

Şəkil 31

Tehran , 11 dekabr 1997-ci il.

İKT Dövlət başçılarının VIII zirvə görüşündə.

İslam Komitəsi Təşkilatı Dövlət və hökumət başçılarının 9-11 dekabr 1997-ci il tarixində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində zirvə toplantısı keçirilmişdir.

İKT nizamnəməsinin prinsip və vəzifələrindən çıxış edərək Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzündən , Azərbaycan torpaqlarının 20%-dən çoxunun işğal olunmasından həddindən artıq narahat olduğunu bildirərək Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti şəkildə pisləmişdir.

Şəkil № 32

Strasburq , 25 yanvar 2001-ci il.

Azərbayucanın Avropa Şurasına qəbul edilməsi ilə əlaqədar təntənəli mərasimdə.

Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə əlaqədar təntənəli mərasimdə.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana qayıdışı günündən Respublikada uğurlu və məqsədyönlü xarici siyasət aparılır.Uğurlu və məqsədyönlü xarici siyasətin nəticələrindən biri də Azərbaycan Respublikasının beynəlxalq təşkilatlara qəbul olunması idi. 2001-ci il yanvarın 25-də Azərbaycanın üçrəngli bayrağı Strasburqda , Avropa Şurasının binası önündə dalğalandı. Respublikanın Avropa Şurasının tam hüquqlu üzvü olması Heydər Əliyevin yeritdiyi düzgün və dəqiq siyasətin bəhrəsi idi.

Şəkil № 33

Heydər Əliyev BMT-nin iclasında çıxış edərkən.

Şəkil № 34

Nyu-York, 25 aprel 1999-cu il.

NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə.

1994-cü il mayın 4-də Brüsseldə AR-nin prezidenti Heydər Əliyev NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramını imzalayıb. Həmin dövrdən başlayaraq NATO Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb.

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 26 aprel 1999-cu ildə NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə çıxış edib. O Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və Azərbaycanın Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə münasibətlərinin daha da dərinləşdirilməsinən öz tərəfindən hər cür kömək göstərəcəyini bəyan edib.

10. DİPLOM.

1957-ci ildə S.M.Kirov adına Azərbayan Dövlət Universitetinin tarix fakültəsinin tam kursunu bitirdiyinə görə Heydər Əlirza oğlu Əliyevə verilən diplom.

27 iyun 1957-ci il.

Heydər Əliyev 1957-ci ildə S.M.Kirov adına ADU-nun tarix fakultəsini bitirmişdir.

11. ƏMR.

SSRİ Nazirlər Soveti yanında DTK-nın sədrinin

ƏMRİ

1960-cı il.

Azərbaycan SSRİ DTK-nın bir qrup əməkdaşı işindəki müvəffəqiyyətlərə görə döş nişanı ilə təltif edilsin.

15 aprel 1960-cı il Moskva.

1958-ci ildə Azərbaycan SSR Nazirlər soveti yanında DTK-nın ikinci şöbəsinin rəisi vəzifəsində çalışan Heydər Əliyev 1960-cı ildə SSRİ Nazirlər Soveti yanında DTK-nın sədrinin əmri ilə işindəki müvəffəqiyyətlərə görə döş nişanı ilə təltif edilmişdir.

12. ƏMR.

SSRİ Nazirlər Soveti yanında DTK-nın sədrinin

ƏMRİ

SSRİ Nazirlər Soveti və Azərbaycan Soveti yanında DTK-nın 2-ci baş idarəsinin əməkdaşına.

Verilən tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiyinə görə

                                                 əmr edirəm

Podpolkovnik Əliyev Heydər Əlirza oğlu qiymətli hədiyyə ilə təltif edilsin.

DTK-nın sədri Şelepin

9 sentyabr 1961-ci il.

1961-ci ildə SSRİ Nazirlər Soveti yanında DTK-nın sədri Şelepin DTK-nın ikinci şöbəsinin rəisi Heydər Əliyevi verilən tapşırıqları  müvəffəqiyyətlə yerinə yetirdiyinə görə qiymətli hədiyyə ilə təltif etmişdir.

13. XİDMƏTİ  XARAKTERİSTİKA.

Xidməti xarakteristika Azərbaycan SSRİ Nazirlər Soveti yanında 2-ci şöbənin rəisi podpolkovnik Əliyev Heydər Əlirza oğluna verilib.

25 dekabr 1964-cü il.

14. FƏXRİ FƏRMAN.

SSRİ Nazirlər Soveti yanında DTK-nın Dzerjinski adına ali məktəbin

ŞƏHADƏTNAMƏSİ

Podpolkovnik Heydər Əlirza oğlu Əliyevə kursu müvəffəqiyyətlə bitirdiyinə görə verilib.

SSRİ Nazirlər Soveti yanında DTK-nın podpolkovniki Heydər Əlirza oğlu  Əliyev DTK orqanlarında yüksək xidmətinə görə və işindəki müvəffəqiyyətlərinə görə fəxri fərmanla təltif edilmişdir.

15 noyabr 1965-ci il.