28 MAY RESPUBLİKA GÜNÜ

23.05.13 cü il tarixindən 27.05.13-cü il tarixinədək Astara Heydər Əliyev Mərkəzində 28 May Respublika günü münasibətilə “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda mühazirələr təşkil olunmuş, ”Müstəqil Azərbaycan və Heydər Əliyev” adlı sənədli film nümayiş olunmuşdur.

27.05.13-cü il tarixində Astara Heydər Əliyev Mərkəzində 28 May Respublika günü münasibətilə “Azərbaycan Demokratik Cumhuriyyəti bizim milli sərvətimiz, tariximizin parlaq səhifəsidir” (Heydər Əliyev) mövzusunda tematik gecə keçirilmişdir. Tədbirdə məktəblilər, Pedaqoji Kollecin tələbələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Gülnarə Məcidova açmışdır. Mərkəzin baş fond mühafizi Elza Kazımova “Tariximizin parlaq səhifəsi” mövzusunda mühazirə oxumuş, Pedaqoji Kollecin tələbələri və şagirdlər Azərbaycanımız və vətənimiz haqqında şerlər söyləmişlər. Tədbirin sonunda “Heydər Əliyev və Azərbaycan” mövzusunda sənədli film nümayiş olunmuşdur.