GÖRKƏMLİ ALİM, OFTALMOLOQ, ZƏRİFƏ XANIM ƏLİYEVANIN 90 İLLİK YUBİLEYİ

26 aprel 2013 cü il tarixdə Astara Heydər Əliyev Mərkəzində görkəmli alim, oftalmoloq, Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibətilə “O əsl gözəllik müccəsiməsi idi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə RİH-nın humanitar məsələlər üzrə müavini İlqar Malıyev və rayonictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Astara RİH-nin humanitar məsələlər üzrə müavini İlqar Malıyev açmışdır. Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş və Zərifə Əliyevanın ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Onun keçdiyi həyat yoluna həsr olunmuş sənədli film nümayiş edilmişdir. Mərkəzin direktoru Gülnarə Məcidova “O əsl gözəllik müccəsiməsi idi” mövzusunda geniş məruzə etmişdir. Sonra Mərkəzin baş fond mühafizi E.Kazımova, YAP Astara rayon təşkilatının sədri F.Əhmədov, şəhər 1 saylı orta məktəbin müəllimi G.Nəcəfova, şəhər 3 saylı orta məktəbin müəllimi İ.Məmmədova, şəhər 5 saylı orta məktəbin müəllimi, YAP Astara rayon Qadınlar Şurasının sədri A.Məmmədova çıxış etmişlər.