ASTARA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ 2 FEVRAL GƏNCLƏR GÜNÜ

01 Fevral 2016-cı il tarixində Astara Heydər Əliyev MərkəzindəGənclər günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev xalqının Ümummilli Lideri Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşünçəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib.

Onun potensial güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmisə gənclər olmuşdur. Astara Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev “2 fevral Gənclər günü” mövzusunda məruzə oxumuşdur. Məruzə ətrafında çıxış üçün söz Suparibağ kənd orta məktəbinin müəlliməsi Kəmalə Nəsirovaya, Bakı Dövlət Universitetinin filologiya fakultəsinin 3-cü kurs tələbəsi Günel Lətifzadəyə, Astara Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanaçısı Aysel Əhmədovaya, Astara Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Elnur Əsgərova və Gənclərin sosial inkşafına dəstək ictimai birliyinin sədri Rövşən Bağırova verilmişdir.Sonda rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev cənabları tərəfindən Suparibağ kənd orta məktəbinin müəlliməsi Nəsirova Kəmalə Telman qızı, Şahağacı kənd sakini gənc fermer Mailov Samir Məharət oğlu, Astara Boks Mərkəzinin direktoru Salmanov Tofiq Fərman oğlu, Astara Pedaqoji Kollecinin II kurs tələbəsi Tağıyeva Aygün Eyvaz qızı, Astara 5 saylı orta məktəbinin şagirdi Baxşiyev Dəniz Ümman oğlu Fəxri Fərmanla təltif edilmişlər.