ASTARA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ NİGAH MƏRASİMİ

19 aprel 2016-cı il tarixində Astara Heydər Əliyev Mərkəzində Məmmədov Məmmədrahim Azad oğlu və Əliyeva Aynur Arif qızının nigah mərasimi keçirilmişdir.

Mərkəzdə yeni ailə quranların təntənəli şəkildə nigah mərasimlərinin keçirilməsi artıq ənənə halını almışdır. Nigah mərasimlərinin bu şəkildə təntənə ilə qeyd olunması yeni ailə quranların valideynlərinin və bütövlükdə gənclərin sevincinə və ruh yüksəkliyinə səbəb olur. Belə tədbirlər həm də gənc ailə quranların məsuliyyətini daha da artırır. Ailə quran gənclər əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara rayon Qeydiyyat şöbəsinin müdiri Vüqar Qasımov yeni ailə quran gənclərə ən xoş arzularını çatdırmışlar. Gənclər nigah mərasiminin dahi rəhbərin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur duyduqlarını vurğulayaraq, bu günün onların həyatında ən xöşbəxt gün, ən yadda qalan hadisə olduğunu bildiriblər.