“AZƏRBAYCANIN TƏRƏQQİSİNƏ HƏSR EDİLƏN ÖMÜR”

04 aprel 2016-cı il tarixində Astara Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 93 illiyi münasibətilə “Azərbaycanın tərəqqisinə həsr edilən ömür” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açmış, Ulu Öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və “Dahi şəxsiyyət” adlı film nümayiş olunmuşdur.

Astara Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova “Azərbaycanın tərəqqisinə həsr edilən ömür” mövzusunda məruzə ilə çıxış etdi. Tədbirdə çıxış edən rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq mühafizə orqanları veteranları təşkilatının sədri Rafiq Əliyev, Astara Pedaqoji Kollecin tarix müəllimi Elçin Mahmudov, Astara Tarix-diyarşünaslıq muzeyinin baş fond mühafizi Şahin Əliyev və Astara Pedaqoji Kollecinin tələbəsi Nazan Babayeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratdı, onu daimi, dönməz və əbədi olması üçün möhtəşəm bir proqram hazırladı, dövlətçilik ənənələrini formalaşdlrdı və ölkənin gələcək ləyaqətli davamçı müasir siyasətçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını yetişdirdi.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanın digər bölgələri kimi, Cənuba xüsusən Astaraya 11 dəfə rəsmi səfər etmiş, rayonun strateji əhəmiyyətini xatırlatmış, vətənimizin cənubdan olan giriş-çıxış qapısının inkşafının əhəmiyyətini bəyan etmişdir.