"MƏN HƏR BİR AZƏRBAYCANLININ PREZİDENTİ OLACAĞAM"

16.12.13 tarixindən 24.12.13-cü il tarixinədək Astara Heydər Əliyev Mərkəzində 24 Dekabr Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günü münasibətilə “Mən hər bir Azərbaycanlının Prezidenti olacağam” (İlham Əliyev) mövzusunda mühazirələr təşkil olunmuşdur.

Mühazirələr rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, idarə, müəssisə kollektivləri üçün oxunmuş və “Prezident” adlı film nümayiş olunmuşdur.