“ÖLKƏMİZİ TANIYAQ” TUR AKSİYASI

Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur - aksiyasına start verilmişdir.

Şəmkir, Qazax, Gədəbəy, Kəlbəcər, Nəsimi, Ağstafa, Gəncə,Yasamal, Samux, Daşkəsən, Binəqədi şəhər və rayonlarının qrup rəhbərləri şagirdlərlə birlikdə Astara Heydər Əliyev Mərkəzində olmuşlar.

Məktəbliləri Astara rayon İcra Hakimiyyəti başçısının müavini – içtimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova və Astara rayon İcra Hakimiyyətinin məsul əməkdaşları qarşılamlar. Yasəmən Rəsulova qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclşər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Diqqətə çatdırılıb ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası valideynlər tərəfindən də böyük razılıq hissi ilə qarşılanır. Bu layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir. Qarşılanma mərasimində şagirdləri müşayət edən qrup rəhbərlərinə Astara rayonun sosial-iqtisadi inkşafını əks etdirən kitablar və bukletlər hədiyyə olunmuşdur.

Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova şagirdlərə və gələn qonaqlara Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər və sənədlər haqqında məlumat vermişdir.