“TARİXİN QANLI SƏHİFƏSİ”

31 Mart 2015-ci il tarixində Astara Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar sərgi və rayon tədbiri keçirilmişdir. Təbiri giriş sözü ilə RİH-nin Humanitar məsələlər üzrə müavini Yasəmən Rəsulova açdı.

Vətən yolunda şəhid olmuş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra Mərkəzin direktoru Kübra Səmədova “Tarixin qanlı səhifəsi” (Heydər Əliyev) mövzusunda məruzə ilə çıxış etmişdir. Sonra çıxış üçün söz YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədova, RİH-nın məsul əməkdaşı Emin Fətullayevə, şəhər 1 saylı orta məktəbin müəllimi Gülnar Məmmədovaya, Mərkəzləşdirilmiş kitabxana sisteminin müdiri Tural Eyvazova, rayon Təhsil şöbəsinin müdir müavini Faiq Həsənova verilmişdir. RİH-nin Humanitar məsələlər üzrə müavini Yasəmən Rəsulova tədbiri bağlı elan etdi.