KOMPYUTER OYUNLARI ÜZRƏ ASTARA RAYON ÇEMPİONATI

Astara Heydər Əliyev Mərkəzində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 14-29 yaşlı yeniyetmələr və gənclər arasında Kompyuter Oyunları üzrə Astara rayon çempionatı keçirilmişdir.

Oyunların Əsasnaməsi Astara rayon İcra Hakimiyyəti, Astara rayon Gənclər və İdman İdarəsi və Astara rayon Təhsil Şöbəsi tərəfindən təsdiq olunmuş, Astara rayon Gənclər və İdman İdarəsi, “Astara” İntellektual İnkişaf Klubu və Astara Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Tədbirdə Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, rəis müavini İqrar Cəfərov, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı və “Astara” İntellektual inkişaf Klubunun sədri Əfqan Hüseynov çıxış etmişlər.

Çıxışlarda Ümumilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu və zəngin irsi barədə gənclərə geniş məruzə edilmişdir. Ümumilli Lider Heydər Əliyevin gənclər sahəsində göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verilmişdir. Müşavirədən sonra komandalara uğurlar arzulanmış və kompyuter oyunları üzrə yarışa start verilmişdir.

Püşkatma mərasimindən sonra komanda və fərdi birinciliklər üzrə yarışların uduzub çıxma beynəlxalq sisteminə uyğun mübarizəyə start verilmişdir. Komanda üzrə yarışlar “Counter-strike: Qlobal Offensive” (5 nəfər), fərdi yarışlar “FİFA 2016” oyunu üzrə keçirilmişdir.

Yarışda 45 nəfər istedadlı gənc mübarizə aparmışdır. Komanda oyunu üzrə I yerə Astara şəhər 1 saylı tam orta məktəbinin komandası, II yerə Astara şəhər 2 saylı tam orta məktəbin komandası və III yerlərə isə Astara şəhər 4 saylı və Artupa kənd tam orta məktəblərinin komandaları layiq görülmüşlər.

Fərdi birinciliklərdə “FİFA 2016” Oyununda I yerə Həsənzadə İlqar (Astara şəhər sakini ), II yerə Rzazadə Nurlan (Astara şəhər 1 saylı tam orta məktəb), III yerə Qurbanov Vahid (Astara şəhər 2 saylı tam orta məktəb), “Heart Stone” oyununda I yerə Cəfərli Nicat layiq görülmüşlər.

Qalib komandalara və fərdi birinciliklərin qaliblərinə Astara rayon Gənclər və İdman İdarəsininnin diplomları təqdim olunmuşdur.