I – STEND

 Şəkil №1

İyun 1975-ci il. Heydər Əliyev və keçmiş SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini Ziya Nuriyev.

            1975-ci ilin iyununda ümummilli Lider Heydər Əliyev keçmiş SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini Ziya Nuriyevlə birlikdə Astarada olmuş, əhali ilə görüşmüş, tərəvəzçiliyin, sitrusçuluğun inkişafı ilə maraqlanmış və səmərəli təkliflər vermişlər.

Şəkil №2

30 iyun 1982-ci il. Ərçivan kəndi “Kommunist” sovxozu.

-1982-ci ilin iyun-iyul aylarında (ikigünlük) respublika rəhbəri Heydər Əliyev rayonun Ərçivan , Kakalos , Kijabə , Giləkəran, Kələdəhnə ərazilərində fəaliyyət göstərən o vaxtki sovxoz əməkçiləri ilə iş yerində görüşmüş , əkin tarlalarının , çay plantasiyalarının , sitrus bağlarının vəziyyəti ilə tanış olmuş , dəyərli tövsiyələr vermiş , rayon mərkəzində əhali qarşısında nitq söyləmişdir.

Şəkil №3

30 iyun 1982-ci il. Ərçivan kəndi “Kommunist” sovxozu.

Şəkil №4

5 oktyabr 1998-ci il Astara.

Heydər Əliyevin tribunada çıxışı zamanı çəkilmiş fotoşəkil.

1998-ci il oktyabrın 5-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev növbəti prezident seçkiləri ərəfəsində Astaraya gəlmiş, Astara zəhmətkeşləri ilə görüşmüşdür.

Şəkil №5

5 oktyabr 1998-ci il Astara.

            1998-ci il oktyabrın 5-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev növbəti prezident seçkiləri ərəfəsində Astaraya gəlmiş, Astara zəhmətkeşləri ilə görüşmüşdür. Şəhidlər xiyabanın ziyarət edərkən çəkilmiş fotoşəkil.

Şəkil №6

5 oktyabr 1998-ci il Astara.

            1998-ci il oktyabrın 5-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev növbəti prezident seçkiləri ərəfəsində Astaraya gəlmiş, Astara zəhmətkeşləri ilə görüşmüşdür. Astara xalqı ilə söhbəti zamanı çəkilmiş fotoşəkil.

Şəkil №7

6 noyabr 1970-ci il. Astara Kijabə qəsəbəsinin sitrus bağı.

Heydər Əliyevdən sağda SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay Padqornı və AKP MK–nin 2-ci katibi S.V.Kozlov, solda Azərbaycan SSR Nazirlər Sovetinin sədri Əli İbrahimov.

1970-ci il noyabrın 6-da Heydər Əliyev, Nikolay Padqornı və Əli İbrahimov SSRİ-İran beynəlxalq qaz kəmərinin açılışında iştirak etmişlər. Həmin qaz kəməri ilə 3 milyard kub metr qaz gəlirdi. Həmin illərdə Lənkəran bölgəsində qaz yox idi. Məhz o dövrdə Azərbaycan rəhbərliyinin qayğısı nəticəsində bölgəyə qaz kəməri çəkildi.

Şəkil №8

Ümummilli lider Heydər Əliyev keçmiş SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini Ziya Nuriyevlə birlikdə 1975-ci ildə Astaradakı 16 №-li hərbi hissədə olmuşlar.

Şəkil №9

1982-ci il. Astara Kakalos kəndi. “Partiyanın XXII qurultayı`` adına sovxozun pomidor bağında çəkilmiş fotoşəkil.

            Heydər Əliyevdən sağda Astara KP-nın 1-ci katibi Çingiz Fərəcov, solda sovxozun tərəvəzçilik briqadiri Ağaverdi Bağırov.

Şəkil №10

1982-ci il . Giləkəran kəndi.

Az.SSR 50 ilik sovxozunun heyvandarlıq ferması.

Heydər Əliyevdən sağda heyvandarlıq fermasının sağıcısı Dilşad Hüseynova, savxozun direktoru Mütəllim Vəliyev və Astara KP-nın 1-ci katibi Ç.Fərəcov .   

Şəkil №11

1939-cu il.

Naxçıvan MSSR XDİK-nın məsul əməkdaşı.

Heydər Əliyev Naxçıvanda 1 saylı beynəlmiləl məktəbə getmiş, Azərbaycan bölməsində təhsil almışdır. Rus dilli yaşıdları ilə daim ünsiyyət və rus dilində çoxlu mütaliə nəticəsində artıq bir neçə ildən sonra Heydər Əliyev fikrini rus dilində sərbəst izah edə bilirdi. 7-ci sinfi bitirdikdən sonra o pedaqoji məktəbə daxil olur və ibtidai sinif ixtisasına yiyələnir. Heydər Əliyev 1939-cu ildə Texnikumu bitirir. Memar olmaq arzusu ilə Heydər Əliyev 1939-cu ildə Bakıya gəlir. İnstitutda cəmi 1 il oxuyan Heydər Əliyev müharibə başlandığı üçün 1941-ci ildə Naxçıvana qayıtmalı olur. 1941-ci ildə Naxçıvana qayıdan Heydər Əliyev MSSR-nin XDİK –da əməliyyat müvəkkili işləyir.