PROKRURORLUQ GÜNÜ QEYD EDİLMİŞDİR.

01.10.2012-ci il tarixdə Astara Heydər Əliyev Mərkəzində prokurorluq işçilərinin peşə bayramı ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Astara rayon prokuroru Zakir Saatov, RİH-nin hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, rayon polis idarəsinin rəisi Rəşid Səfərov, MTN Astara rayon şöbəsinin rəisi Rafiq Hümbətov və digər məsul şəxslər iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları Mərkəzdəki  Ulu Öndərin büstü qarşısına əklil və gül dəstələri qoymuşlar. Rayon prokuroru çıxış edərək Heydər Əliyevin prokurorluq işçilərinin çətin və şərəfli əməyinə verdiyi yüksək qiymətdən söhbət açmışdır. Tədbirin sonunda iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədli filmə baxmışlar.