XOŞBƏXT GƏLƏCƏYƏ VƏ FİRAVAN HIYATA SƏS VERDİK

Astara Heydər Əliyev Mərkəzində 1993-cü il 3 oktyabrda Heydər Əliyevin Müstəqil Azərbaycanın Prezidenti seçilməsi ilə əlaqədar “Xöşbəxt gələcəyə və firavan həyata səs verdik” mövzusunda 26.09.2012-ci il tarixindən 04.10.2012-ci il tarixinədək sərgi və mühazirələr təşkil olunmuşdur.

Rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olmuşlar. Mərkəzin bələdçisi G.Şəfiyeva iştirakçılara Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər haqqında məlumat vermiş, sərgi ilə tanış etmişdir. Mərkəzin baş fond mühafizi E.Kazımova şagirdlər qarşısında “Xoşbəxt gələcəyə və firavan həyata səs verdik” adlı məruzə ilə çıxış etmişdir.