DÖVLƏT MÜSTƏQİLLİYİ BİZİM ƏN BÖYÜK TARİXİ NAİLİYYƏTİMİZDİR

16 Oktyabr 2014-cü il tarixdə Astara Heydər Əliyev Mərkəzində 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə “Dövlət Müstəqilliyi bizim ən böyük tarixi nailiyyətimizdir” (Heydər Əliyev) mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə rayonun idarə və müəssisələrinin əməkdaşları və şəhər 3 saylı orta məktəbin müəllim və şagirdləri iştirak etmişlər.Tədbiri giriş sözü ilə YAP Astara rayon təşkilatının sədri, RİH-nin Başçısının müavini Firudin Əhmədov açmışdır. Firudin Əhmədov Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan söhbət açmışdır. Sonra Heydər Əliyev haqqında ”Elegiya” adlı film nümayiş olunmuşdur. Filmdən sonra Mərkəzin direktoru Kübra Səmədova “Azərbaycanın dövlət müstəqilliyi Heydər Əliyevin müdrik siyasəti nəticəsində qorundu və əbədiləşdirildi” adlı məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova, Tarix- Diyarşünaslıq muzeyin baş fond mühafizi Şahin Əliyev, YAP Astara rayon təşkilatının məsul əməkdaşı Rübabə Bağırova çıxış etmişlər.