12 NOYABR KONSTİTUSİYA GÜNÜ

08.11.2012-ci il tarixdə Astara Heydər Əliyev Mərkəzində 12 Noyabr Konstitusiya günü münasibətilə “Hər bir şəxs Konstitusiya və qanunlarına dönmədən əməl etməlidir, onlardan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməlidir" (Heydər Əliyev) mövzusunda mühazirələr təşkil olunmuşdur.

Şəhərin ümumtəhsil məktəblərinin müəllim və şagirdləri Heydər Əliyev Mərkəzində olmuş, tamaşaçılar üçün Mərkəzin bələdçisi G.Şəfiyeva ekskursiya aparmış, Mərkəzin baş elmi işçisi E.Quliyeva “Ümummilli lider Heydər Əliyev Konstitusiyamızın banisidir” mövzusunda mühazirə oxumuşdur.