ASTARADA NOVRUZ BAYRAMI KEÇİRİLMİŞDİR.

Rayonda yeni yaradılmış dənizkənarı park bulvarda milli ənənələrimizi əks etdirən "Novruz" bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.

Rayon rəhbərliyinin iştitak etdiyi tədbir iştirakçıları əvvəlcə milli adət ənənə, milli kulinariya, dekorativ tətbiqi sənət nümunələrindən ibarət sərgi və rayonun tarixini, etnoqrafiyasını əks etdirən eksponatlarla, rayonda ən böyük səməni tanış olmuşlar. Eyni zamanda dünyanın ən böyük rəmzi təndiri ilə tanış olan tamaşaçılar Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunları, bədii özfəaliyyət və rəqs kollektivlərinin çıxışları tamaşa etmişlər.