9 NOYABR DÖVLƏT BAYRAĞI GÜNÜ

06 Noyabr 2014- cü il tarixdə Astara Heydər Əliyev Mərkəzində 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə “Bizim Bayrağımız qürur mənbəyimizidir, bizim bayrağımız canımız, ürəyimizdir” mövzusunda tematik gecə keçirilmişdir.

YAP Astara rayon təşkilatının sədri, RİH-nin icra başçısının müavini Firudun Əhmədov tədbiri açıq elan etdi. Astara 5 saylı məktəbin 10-cu sinif şagirdi Məhəmməd Rzazadə Azərbaycan Bayrağı ilə tədbirə daxil oldu və Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Mərkəzin direktoru Kübra Səmədova “Dünyanın ən uca bayrağı Azərbaycandadır” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə dinlənildikdən sonra Astara şəhər 5 saylı məktəbin şagirdləri Həsənova Xanımnaz və Ağamalızadə Nəzrin bayraq haqqında şerlər söyləmişlər. Sonra Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə elmləri doktoru Əlihəsən Həmzəyev, Mərkəzin bələdçisi Gülayim Şəfiyeva, Astara Pedaqoji Kollecinin müəllimi Elçin Mahmudov çıxış etmişlər.