PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI

01.10.2013-cü il tarixində Prokurorluq işçilərinin peşə bayramı ilə əlaqədar Astara Rayon Prokurorluğunun əməkdaşları Heydər Əliyev Mərkəzində olmuşlar. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzdə yerləşən büstü önünə gül-çiçək dəstələri qoymuşlar.

Ekspozisiya ilə tanışlıqdan sonra iştirakçılar ilə “Prokrorluq Dövlətin sütunlarından biridir” mövzusunda tematik söhbət aparılmışdır. Sonda “Müstəqillik yollarında” adlı sənədli film nümayiş olunmuşdur.