18 SENTYABR MİLLİ MUSİQİ GÜNÜDÜR

18 Sentyabr 2015-ci il tarixində Astara Heydər Əliyev Mərkəzində Milli Musiqi Günü münasibətilə “18 Sentyabr Üzeyir Musiqi günüdür “( Heydər Əliyev ) mövzusunda tematik söhbət keçirilmişdir.

Tədbirdə Astara uşaq musiqi məktəbinin kollektivi və şagirdləri iştirak etmişdir.Heydər Əliyev Mərkəzinin direktoru tədbir iştirakçılarını təbrik etmiş, Ulu Öndər Heydər Əliyevin Azərbaycan musiqisinə verdiyi dəyərdən söhbət açmışdır. O, bildirmişdir ki, Ulu Öndər daima musiqiçilərin, bəstəkarların əməyini yüksək qiymətləndirmiş, onları fəxri adlarla təltif etmişdir. Daha sonra tədbir iştirakçıları “Heydər Əliyev və mədəniyyətimiz ” mövzusunda sənədli filmə baxmışlar.