H.Əliyev Mərkəzi

HEYDƏR ƏLİYEV ASTARANIN HƏYATINDA

Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanın digər bölgələri kimi,  Cənuba, xüsusən Astaraya dəfələrlə səfər etmiş, rayonun strateji əhəmiyyətini xatırlatmış, vətənimizin cənubunda olan giriş-çıxış qapısının inkişafının əhəmiyyətini bəyan etmişdir.

Heydər Əliyevin Astaraya səfərlərini əsasən 4 dövrə ayırmaq  olar: 

1955-ci ilə qədər- Dövlət Təhlükəsizlik Komitəsində işləyərkən xidməti işi ilə əlaqədar:

-1957-ci ildən 1969-cu ilə qədər-respublikanın Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifədə işləyərkən rəsmi səfərləri ilə əlaqədar;

-1969-82-ci illər- Azərbaycan KP MK –nın birinci katibi kimi bu bölgəyə səfərləri ilə əlaqədar;

-1998-ci ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi.

 ***

Heydər Əliyev bu dövrlərdə 11 dəfə Astaraya rəsmi səfər etmişdir: 

-1957-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində şöbə müdiri kimi, birinci dəfə Astaraya gəlmiş, "N" saylı sərhəd dəstəsinin kolektivinə "Keçici Qırmızı Bayraq"  təqdim etmiş, burada rayon rəhbərliyi və ziyalılarla görüşmüşdür.

-1961-ci ildə Astara Rayon Partiya Kmitəsinin iclas zalında rayon fəalları və ziyalıları ilə görüş keçirmiş, "Respublika çekistləri kəşfiyyat və əks-kəşfiyyat sahəsində mövzüsunda bir saatlıq məruzə etmişdir.

-1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri kimi, Respublika Ali Sovetinin o vaxtkı sədri İsgəngərovla birgə Astaraya səfər etmiş, "N" saylı sərhəd dəstəsinə Pyotr Kujinin adının verilməsi mərasimində iştirak etmiş, içtimaiyyətin nümayəndələri ilə görüşmüşdür.

-1970-ci il noyabrın 5-də Azərbaycan  KP MK-nın birinci katibi kimi, Heydər Əliyev keçmiş SSRİ Ali Sovetinin sədri N. Podqornı ilə birlikdə Astaraya ikigünlük səfərində SSRİ –İran Beynəlxalq qaz kəmərinin açılışında iştirak etmişdir. Sonradan həmin illəri xatırlayan Ulu Öndər Heydər Əliyev belə deyirdi: "Mən Azərbaycanın rəhbərliyində olduğum dövrlərdə bir neçə dəfə Astarada olmuşam.  O vaxt həmin qaz kəməri  ilə 3 milyard kub metr qaz gəlirdi. O zaman Lənkəran bölgəsində qaz yox idi. Bəli, məhz o dövrdə Azərbaycan rəhbərliyinin qayğısı nəticəsində bu bölgəyə qaz çəkildi.

-1973-cü ilin mart ayında Heydər Əliyev Astarada olub, rayon zəhmətkeşlərini-tərəvəzçiləri, çayçıları və heyvandarlıq sahəsində çalışanları zərbəçi əmək nümunəsi göstərdiklərinə görə, ``Keçici Qırmızı Bayraq``la təltif etmişdir.

-1974-cü ilin yanvar ayında ulu öndər Heydər Əliyev keçmiş Sov. İKP MK Siyasi Bürosunun üzvü, MK-nın kənd təsərüffatı üzrə katibi F.D.Kulakovla birlikdə Astaraya səfər etmiş, rayonun kənd təsərrüfatı ilə yaxından tanış olmuş, iqtisadi və sosial problemləri təhlil etmiş, bu istiqamətdə konkret tədbirlər planı irəli sürmüşdür. Bundan sonra Astaradan o vaxtkı SSRİ-nin mərkəzi şəhərlərinə və ətraf bölgələrinə külli miqdarda faraş tərəvəzin göndərilməsi üçün geniş şərait yaradılmış, əvəzində rayona maliyyə vəsaiti, kənd təsərüffatı texnikası və başqa lazım olan avadanlıqlar gətirilmişdir. Nəticədə Astarada inkşaf sürətlənmiş, əhalinin güzəranı yaxşılaşmışdır.

-1975-ci ilin iyun ayında Ümummilli liderimiz Heydər Əliyev keçmiş SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Ziya Nuriyevlə birlikdə Astarada olmuş, əhali ilə görüşmüş, tərəvəzçiliyin və sitrusçuluğun inkşafı ilə maraqlanmış, səmərəli təkliflərini vermişdir.

-1980-ci ildə O, Sovet İttifaqı kosmonaftı Kumarovla birlikdə Astaraya növbəti səfərini etmiş, Kijabə qəsəbəsinin zəhmətkeşləri ilə görüşmüşdür.

-1981-ci ildə Azərbaycan KP MK-nın birinci katibi  Heydər Əliyev Astaraya gəlmiş, rayonun partiya və təsərrüfat fəalları ilə geniş toplantı keçirmiş, Astaraya 4 "Keçiçi Qırmızı Bayraq" təqdim etmiş, dərin məzmunlu tarixi nitq söyləmişdir.

-1982-ci ilin iyun-iyul aylarında (iki günlük) respublika rəhbəri Heydər Əliyev rayonun Ərçivan, Kakalos, Kiyabə, Giləkaran, Kələdəhnə ərazilərində fəaliyyət göstərən o vaxtkı sovxozların əməkçiləri ilə iş yerində görüşmüş, əkin tarlalarının, çay plantasiyalarının, sitrus bağlarının vəziyyəti ilə tanış olmuş, dəyərli tövsiyələrini vermiş, rayon mərkəzində əhali qarşısında nitq söyləmişdir.

-1998-ci il oktyabr ayının 5-də müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev növbəti prezident seçkiləri ərəfəsində Astaraya gəlmiş, şəhərin girəcəyində bir qrup ağsaqqallarla görüşdükdən sonra mərkəzi meydanda minlərlə astaralı qarşısında tarixi nitq söyləmiş, Astara şəhidlərinin Xatirə Kompleksini ziyarət etmiş, general-mayor Arif Heydərəv adına, "N" saylı sərhəd zastavasında olmuşdur. Astaralı seçicilər həmin il yalnız Heydər Əliyevə səs vermişlər.