ASTARA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “ÖLKƏMİZİ TANIYAQ” TUR - AKSİYASI İLƏ BAĞLI TƏDBİR.

Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur - aksiyasına start verilmişdir.

Bununla əlaqədar olaraq 14 mart 2017-cı il tarixində Astara Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiyası üzrə Astara rayonundan Quba - Qusar – Xaçmaz istiqamətində gedəcək məktəblilər və qrup rəhbərləri ilə görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova açıq elan etmişdir. “Ölkəmizi tanıyaq” tur - aksiyasında gənclərə uğurlar arzulamışdır.

Tədbirdə Astara rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçi - psixoloqu Şəhrabanu Məmmədova, Astara rayon Təhsil şöbəsinin Metod kabinetinin direktoru Emin Fətəliyev çıxış etmişdir.