HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ NİGAH MƏRASİMİ

Astara Heydər Əliyev Mərkəzində yeni ailə quranların təntənəli şəkildə nigah mərasimlərinin keçirilməsi artıq ənənə halını almışdır.

Nigah mərasimlərinin bu şəkildə təntənəli ilə qeyd olunması yeni ailə quranların valideynlərinin və bütövlükdə gənclərin sevincinə və ruh yüksəkliyinə səbəb olur. Belə tədbirlər həm də gənc ailə quranların məsuliyyətini daha da artırır. Ailə quran gənclər əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzdə olan büstü önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad edirlər. Gənclər həmçinin Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla və fotoşəkillərlə tanış olurlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Astara rayon Qeydiyyat şöbəsinin rəisi Qasımov Vüqar, Heydər Əliyev Mərkəzinin direktoru Səmədova Kübra və başqaları yeni ailə həyatı quran gənclərə ən xoş arzularını çatdırmışlar. Gənclərin nigah mərasiminin dahi rəhbərin adını daşıyan Mərkəzdə keçirilməsindən qurur duyduqlarını vurğulayaraq bu günün onların həyatında ən xöşbəxt gün, ən yadda qalan hadisə olduğunu bildiriblər.