MEŞƏ BƏRPASI VƏ MÜHAFİZƏSİ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI

21.05.2014-cü il tarixində Astara Meşə Bərpası və Mühafizəsi İdarəsinin əməkdaşları peşə bayramıları münasibətilə Heydər Əliyev Mərkəzində olmuşlar.

Əməkdaşlar Ulu Öndər Heydər Əliyevin büstü qarşısında tər gül-çiçək dəstələri düzmüş, Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən fotoşəkillərlə tanış olmuş və sənədli filmə baxmışlar. Sonra Mərkəzin ikinci mərtəbəsində Astara rayon YAP təşkilatının sədri Firudin Əhmədovun rəhbərliyi ilə tədbir keçirilmişdir. Tədbirin sonunda təşkilatda fəal çalışan işçilər fəxri fərmanlarla təltif olunmuşlar.