18 MAY BEYNƏLXALQ MUZEYLƏR GÜNÜ

17.05.13-cü il tarixində Astara Heydər Əliyev Mərkəzində 18 May Beynəlxalq Muzeylər günü ilə əlaqədar “Hər muzey bir abidədir”(Heydər Əliyev) mövzusunda tədbir keçirilmişdir. 

Tədbirdə rayon Tatix-diyarşünaslıq muzeyinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, YAP rayon təşkilatının əməkdaşları və pedaqoji kollecin tələbələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Gülnarə Məcidova açmışdır. Baş fond mühafizi Elza Kazımova “Hər muzey bir abidədir” mövzusunda məruzə ilə çıxış etmişdir. Sonra Mədəniyyət və Turizm şöbəsinin müdiri Ş. Bayramöv, Tarix-diyarşünaslıq muzeyinin baş fond mühafizi Ş.Əliyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov, rayon Mədəniyyət evinin direktoru Hacıbala Ramazanov çıxış etmişlər. Tədbirin sonunda Mərkəzin kollektivi Mədəniyyət işçiləri Həmkarlar İttifaqı rayon komitəsinin “Fəxri fərman” və hədiyyələri ilə təltif olunmuşlar.