“ULU ÖNDƏRİN İDEYALARI ÖLMƏZDİR” MÖVZÜSUNDA TARİX DƏRSİ

25.09.2012-ci il tarixdə Astara Heydər Əliyev Mərkəzində şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdləri üçün “Ulu Öndərin ideyaları ölməzdir” mövzüsunda tarix dərsi keçirilmişdir.

Muzeyin ekspozisiyası ilə tanış olandan sonra şagirdlərə Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan və eyni zamanda Ulu Öndərin rayonumuza müxtəlif dövrlərdə etdiyi səfərlərdən söhbət açılmışdır. Daha sonra şagirdlər üçün “Heydər Əliyev və Azərbaycan” adlı sənədli film   nümayiş etdirilmişdir.