HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ KEÇİRİLƏN KOMPUTER OYUNLARI

06 may 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Astara rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə Komputer oyunları Astara rayon çempionatı keçirilmişdir.

Komputer oyunlarında Astaranın şəhər və kənd məktəblərinin şagirdləri iştirak etmişlər. “PES-2013” şəxsi oyunu üzrə 1-ci yerə Astara Pedaqoji Kollecinin tələbəsi Nəsirov Mehman, 2-ci yerə Şahağacı 2 saylı orta məktəbin şagirdi Rzayev Dəniz layiq görülmüşdür. RTE şəxsi oyunu üzrə 1-ci yerə Şahağacı 2 saylı məktəbin şagirdi Mürsəlov Azər, 2-ci yerə 5 saylı məktəbin şagirdi Qulamov Fariz layiq görülmüşdür. Konstrain komanda oyunu üzrə 1-ci yerə Səncərədi məktəbinin, 2-ci yerə şəhər 5 saylı məktəbinin, 3-cü yerə Şahağacı 2 saylı məktəbinin şagirdləri layiq görülmüşlər. Yarışda I, II, III yeri tutan qalib komandalar Astara rayon Gənclər və İdman İdarəsi tərəfindən “Fəxri Fərman”ları və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.