“AZƏRBAYCANIN TƏRƏQQİSİNƏ HƏSR EDİLƏN ÖMÜR”

07.05.2014-cü il tarixdə Astara Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə “Azərbaycanın tərəqqisinə həsr edilən ömür” mövzusunda sərgi və konfrans keçirilmişdir.

Tədbir iştirakçıları Mərkəzin ikinci mərtəbəsində təşkil olunmuş sərgi ilə tanış olmuşlar. Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm şöbəsinin müdiri Şadoğlan Bayramov açdı. Ulu Öndərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Heydər Əliyevə həsr olunmuş film nümayiş olundu. Mərkəzin direktor əvəzi Elza Kazımova “Azərbaycanın tərəqqisinə həsr edilən ömür” mövzusunda məruzə ilə çıxış etdi. Sonra Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov, rayon Mədəniyyət evinin direktoru Hacıbala Ramazanov və başqaları Ulu öndərin keçdiyi şərəfli ömür yolu haqqında çıxışlar etmişlər.