15 SENTYABR BİLİK GÜNÜ

Astara Heydər Əliyev Mərkəzində 15 sentyabr Bilik günü münasibətilə “ yeni-yeni təhsil ocaqlarının yaranması müstəqil Azərbaycan Respublikasının böyük təhsil potensialına malik olmasının əsasını qoymuşdur”  (Heydər Əliyev) mövzüsunda tədbir keçirilmişdir. Şəhər məktəbliləri və Astara Musiqi məktəbinin kollektivi tədbirdə iştirak etmişdir.

Tədbir iştirakçıları Mərkəzin foyesindəki ulu öndərin büstü önünə gül-çiçək dəstələri qoymuşlar. Heydər Əliyev Mərkəzinin direktoru G.Məcidova Mərkəzin kollektivi adından Bilik günü münasibətilə müəllim və şagirdləri təbrik etmiş, onlara uğurlar arzulamışdır. Heydər Əliyev Mərkəzinin bələdçisi G.Şəfiyeva iştirakçılara ulu öndərin Azərbaycan təhsilinə göstərdiyi qayğı və diqqətdən danışaraq ekskursiya aparmışdır. Mərkəzin baş elmi işçisi E.Quliyeva “ Yeni-yeni təhsil ocaqlarının yaranması müstəqil Azərbaycan Respublikasının böyükl təhsil potensialına malik olmasının əsasını qoymuşdur” (Heydər Əliyev) mövzüsunda mühazirə oxumuşdur. Sonra tədbir iştirakçıları “Heydər Əliyev və Azərbaycan təhsili” adlı sənədli filmə baxmışlar.