RAYONUN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ TARİX DƏRSLƏRİ.

11 Yanvar 2016-cı il tarixindən 19 yanvar 2016-cı il tarixinədək Astara Heydər Əliyev Mərkəzində və rayonun ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Tariximizin qan yaddaşı” mövzusunda tarix dərsləri keçirilmişdir.

Tarix dərslərində şəhər 1 saylı, 2 saylı, 3 saylı, Rüdəkənar kənd ümumi, Suparibağ kənd tam orta məktəbinin şagirdləri iştirak etmişlər. Tarix dərslərində vətən uğrunda şəhid olmuş şəhidlərmizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, şagirdlər Azərbaycan Respublikasınmın Dövlət Himnini oxumuşlar. Tədbirdə 20 yanvar faciəsini əks etdirən sərgi açılmışdır.