ASTARA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “UŞAQ HÜQUQLARI AYLIĞI”

Astara Heydər Əliyev Mərkəzində “Uşaq Hüquqları Aylığı” mövzusunda tədbir keçirilmişdir.

12 noyabr 2015-ci il tarixdə Astara Heydər Əliyev Mərkəzində 20 noyabr- Uşaq Hüquqları Bəyannaməsinin və Uşaq Hüquqları Konvensiyasının BMT-nin Baş Assambleyası tərəfindən qəbul edildiyi gün Ümumdünya Uşaqlar Günü münasibətilə Astara 1 saylı məktəbin 9-cu sinif şagirdləri ilə “Uşaq hüquqları aylığı” mövzunda tematik söhbət keçirilmiş və Mərkəzin baş fond mühafizi Elza Kazımova bu mövzu ilə bağlı məruzə oxumuşdur.