DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ

Astara Heydər Əliyev Mərkəzində 18 oktyabr Azərbaycanın Dövlət Müstəqiliyi gününə həsr olunmuş “Azərbaycanın Dövlət Müstəqiliyi bizim ən böyük tarixi nailiyyətimizdir” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Sadoğlan Bayramov açıq elan etmiş və Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Sonra “Azərbaycan qələbə çalaçaqdır” adlı filim nümayiş olunmuşdur.

Tədbirdə Astara Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, 18 oktyabr Azərbaycan Respublikasının ən yeni tarixində əlamətdar günlərdən biridir. Belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqiliyini bərpa etmişdir. Həmin gün ölklənin qanunverici orqanı olan Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqiliyi haqqında Konstitusiya Aktı”nı qəbul etmişdir.

Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyev cənabları rəhbərliyi ilə daha da möhkəmləndirilir və inkşaf etdirilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir və dövlətçiliyin möhkəmlənməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcək, xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaqını vurğulamışdır.

Tədbirdə Astara rayon İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə baş məsləhətçisi Mirzəli Bayramov, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara Pedaqoji Kollecin müəllimi Vüsal Babayev, Astara Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova çıxış etmişlər.