MİLLİ QURTULUŞ GÜNÜ

Astara Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş gününə həsr olunmuş ümumrayon təbbiri keçirilmişdir.

Təbbirdə Astara rayonunun İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, RİH-nın məsul işçiləri və rayonun idarə və müəssisəsinin əməkdaşları iştirak etmişlər. Tədbir iştirakçıları Heydər Əliyevin büstü qarşısına tər gül-çiçək dəstələri düzmüş və Heydər Əliyevin zəngin irsini əks etdirən fotoşəkillərlə tanış olmuşlar. Tədbiri giriş sözü ilə Astara rayonunun icra başçısı Qəzənfər Ağayev açdı. RİH-nin Humanitar məsələlər üzrə müavini Yasəmən Rəsulova məruzə ilə çıxış etdi. Sonra məruzə ətrafında çıxışlar başlandı. Tədbirdə Veteranlar Şurasının sədri Rafiq Əliyev, Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Mərkəzi Xəstəxananın həkimi Fuad Səmədov və digərləri çıxış etmişlər.