“XÖŞBƏXT GƏLƏCƏYƏ VƏ FİRAVAN HƏYATA SƏS VERDİK”

3 Oktyabr 2014-cü il tarixdə Astara Heydər Əliyev Mərkəzində 1993-cü il 3 oktyabr Heydər Əliyevin Müstəqil Azərbaycanın Prezidenti seçilməsi ilə əlaqədar “Xöşbəxt gələcəyə və firavan həyata səs verdik” mövzusunda sərgi və tədbir keçirilmişdir.

Tədbir iştirakçıları Mərkəzin foyesində təşkil olunmuş sərgi ilə tanış olmuşlar. Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm şöbəsinin müdiri Şadoqlan Bayramov açmış sonra Ulu Öndərlə bağlı “Əbədiyyət yollarında” adlı film nümayiş olunmuş. Mərkəzin direktoru Kübra Səmədova “Azərbaycanı tarixi arzularına qovuşduran fenomen şəxsiyyət” adlı məruzə ilə çıxış etmişdir.tədbirdə çıxış edən Astara Ağsaqqallar Şürasının sədri Hamlet Əliyev, Əməkdar müəllim Heybət Hüseynov, Təhsil şöbəsinin müdir müavini Faiq Həsənov, RİH-nin humanitar məsələlər üzrə baş məsləhətçisi Mirzə Bayramov, YAP Astara rayon təşkilatının sədri RİH Başçısının müavini Firudin Əhmədov çıxış edərək Heydər Əliyevin rayonumuza səfərlərindən və Ulu Öndərin Müstəqil Azərbaycanın qurucusu kimi fəaliyyətindən danışmışlar.