9 MAY QƏLƏBƏ GÜNÜ

Heydər Əliyev Mərkəzində 9 may Qələbə günü münasibəti ilə görüş keçirilmişdir.

03 may 2016-cı il tarixində Astara Heydər Əliyev Mərkəzində 9 may Qələbə günü ilə əlaqədar “Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir!” mövzusunda veteranlarla tematik görüş keçirilmişdir.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Mərkəzdə yerləşən büstü önünə gül-çiçək dəstələri qoymuşlar.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Kübra Səmədova açdı.

İkinci Dünya Müharibəsində şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra “1941-1945 ci illərə” həsr olunmuş film nümayiş olunmuşdur.

Mövzu ətrafında çıxış üçün söz rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq mühafizə orqanları veteranları təşkilatının sədri Rafiq Əliyevə, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyevə, ağsaqqal Salman Məmmədova, rayon Mədəniyyət Mərkəzinin direktoru Hacıbala Ramazanova, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov verilmişdir. Çıxış edənlər dövlətimizin veteranlara olan qayğı və diqqətindən danışmışlar.