SƏRHƏDÇİLƏR ASTARA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

03 sentyabr 2015-ci il tarixində Lənkəran Sərhəd Xidmətinin Dəstəsi Astara Heydər Əliyev Mərkəzində olmuşlar.

Mərkəzin direktoru Kübra Səmədova əsgərlərə Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında məlumatlar vermişdir. Mərkəzin kollektivi ilə xatirə şəkli çəkilmişdir.