“ULU ÖNDƏR MÜSTƏQİL AZƏRBAYCANIMIZIN MEMARI VƏ QURUCUSUDUR”

Xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədi ilə rayon Təhsil şöbəsi ilə birgə razılaşdırılmış xüsusi qrafik əsasında 1 fevral 2014-cü il tarixindən, 24 may 2014-cü il tarixinədək Astara Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün dərslər davam etdirilir.

Tədris rus və Azərbaycan dillərində keçirilir. “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanımızın memarı və qurucusudur”, mövzularına dair dərslər davam etdirilir Açıq dərslərdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif cəhətləri geniş təhlil edilir, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, xalqımızın və dövlətimizin qarşısında böyük xidmətləri barədə ətraflı məlumat verilir. Aprelin 15-dək açıq dərslərdə rayonun 45-a yaxın ümumtəhsil məktəbinin XI sinif şagirdlərindən 1551 nəfər şagird iştirak etmişdir. Dərslər təcrübəli müəllimlər tərəfindən tədris olunur. Açıq dərslərdə iştirak edən şagirdlər Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı mühazirələri dinləməklə yanaşı dahi rəhbərin keçdiyi şərəfli həyat yolunu əks etdirən eksponatlarla, foto və kitablarla da tanış olmuşlar. Tarix dərslərində ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər nümayiş olunur.