HİNDİSTAN DÖVLƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI SƏFİRİ ASTARA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ OLUB

Hindistan dövlətinin Azərbaycan Respublikasındakı səfiri cənab Sancay Ranan cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonunda olub.

Hindistanlı diplomat rayon rəhbərliyi ilə görüşdən sonra Astara Heydər Əliyev Mərkəzində olmuş, Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolunu əks etdirən fotolarla tanış olmuşdur. Hindistanlı diplomat Heydər Əliyev Mərkəzinin “Fəxri qonaqlar” kitabına ürək sözlərini yazmışdır.