“ƏSRİN MÜQAVİLƏSİ”

20.09.2013-cü il tarixində Astara Heydər Əliyev Mərkəzində “Əsrin Müqaviləsi”nin 19 illiyi ilə əlaqədar “Əsrin Müqaviləsi Azərbaycanın Müstəqillik yolunu təmin edən strategiyanın başlanğıcıdır” (Heydər Əliyev) mövzusunda Astara Qaz Kəməri İdarəsi ilə birlikdə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesindəki Heydər Əliyevin büstünün qarşısına gül-çiçək dəstələri qoymuş, Ulu Öndərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliiyətini əks etdirən ekspozisiya ilə tanış olmuş, “Əsrin Müqaviləsi Azərbaycanın Müstəqillik yolunu təmin edən strategiyanın başlanğıcıdır” (Heydər Əliyev) mövzusunda mühazirə dinləmişlər. Sonra tədbir iştirakcıları ücün “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” (Heydər Əliyev) adlı sənədli film nümayiş olunmuşdur.