MƏRKƏZDƏ “NARKOMANİYA BƏŞƏRİYYƏTİN BƏLASIDIR” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR

20 aprel 2016-cı il tarixində Astara Heydər Əliyev Mərkəzində “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Kübra Səmədova açmışdır. Sonra “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda film nümayiş olunmuşdur. Mövzu ətrafında Astara rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Əliağa Novruzov, Astara Mərkəzi Xəstəxanasının narkoloqu Oktay Əmənnullayev, Astara Pedaqoji Kollecinin tarix müəllimi Elçin Mahmudov, Ərçivan qəsəbə 4 saylı orta məktəbinin tarix müəllimi Baxşiyev Əlihəsən çıxış edərək müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznes zərərləri haqqında danışmışlar.