XOCALI FACİƏSİNİN 23-CÜ İLDÖNÜMÜ

23 Fevral 2015-ci il tarixində Astara Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 23-cü il ildönümü ilə əlaqədar “XX əsrin faciəsi” adlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə YAP Astara rayon təşkilatının sədri, RİH başçısısnın müavini Firudin Əhmədov açmış, Xocalı faciəsində ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Xocalı soyqırımı” adlı film nümayiş olunmuşdur. Mərkəzin direktoru Kübra Səmədova “Ulu Öndər Heydər Əliyevin Xocalı faciəsinə verdiyi siyasi qiymət” mövzusunda məruzə etmişdir. Məruzə ətrafında çıxış üçün söz RİH-nin Humanitar Məsələlər üzrə baş məsləhətçisi Mirzə Bayramov, Mədəniyyət və Turizm şöbəsinin müdiri Sadoğlan Bayramov, Heydər Əliyev Mərkəzinin bələdçisi Gülayim Şəfiyeva və rayonTarix-diyarşünaslıq muzeyinin fond mühafizi Şahin Əliyev çıxış edərək erməni vandallarının tarixə sığmayan vəhşiliklərindən danışmışlar. Tədbirin sonunda şəhər 1 saylı orta məktəbin şagirdi Xocalı faciəsi haqqında şer söyləmişdir.